“Kəpəz”in daha bir futbolçusu zədələndi
28.02.2013 - 20:32
Məşqləri davam etdirən “Kəpəz” tam heyətlə hazırlaşa bilmir. Apasport.az saytının məlumatına görə, komandanın heyətində zədəli futbolçuların sayı ikiyə çatıb. Məşqlərdən kənar qalan Emin Əliyevə Məhərrəm Müslümzadə də qoşulub.
Gənc futbolçu əzələsini dartıb. Həkimlər hazırda onun zədəsinin müalicəsi ilə məşğuldurlar. Bu səbəbdən Müslümzadə bir müddət məcburi şəkildə dincəlməli olacaq.
Ötən həftə məşqlərin birində zədələnməklə komanda yoldaşlarından ayrı düşən Pirkuli Saparov isə heyətə dönüb. O, dünəndən məşqlərə başlayıb.

- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0