Kərim Benzemanın başı məhkəməyə qarışıb
28.02.2013 - 21:09
“Real”ın ulduz futbolçusu Kərim Benzema həbs edilə bilər. Apasport.az saytının məlumatına görə, buna fransalı hücumçunun Madrid klubu tərəfindən götürülən avtomobillə sürət həddini keçdiyi səbəb olub.
Belə ki, fevralın 3-də “Qranada” ilə oynadıqları və 1:0 məğlub olduqları matçdan sonra “Porşe” markalı avtomobil ilə saatda 80 km sürət həddi olduğu bölgədə saatda 260 km sürətlə gedən Benzema polislər tərəfindən saxlanılıb.
O, qaydanı pozduğu üçün məhkəməyə verilib. Buna görə Kərim 3 ildən 6 aya qədər həbs edilə bilər. Bununla bağlı Benzema məhkəməyə işinin təxirə salınması üçün müraciət edib. Bu xəbəri “Real” rəhbərliyi də təsdiqləyib.
Qeyd edək ki, ötən çərşənbə axşamı günü məhkəməyə çağırılan Fransa milli komandasının futbolçusu həmin gün keçirilən İspaniya kubokunda forma geyinə bilməyib.

- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0