“Qalatasaray” “Barselona”nın müdafiəçisi ilə maraqlanır
28.02.2013 - 21:38
“Qalatasaray” “Barselona”nın müdafiəçisi ilə maraqlanır
Türkiyə Superliqasının vahid lideri olan və Çempionlar Liqasının 1/8 final mərhələsində “Şalke” maneəsini keçmək istəyən “Qalatasaray” haqqında sürpriz bir açıqlama İspaniyadan gəlib. Apasport.az saytının məlumatına görə, “Barselona”nın idarə heyətinin üzvü Jose Maria Bartomeu Kataloniya klubunun televiziyasına verdiyi müsahibəsində “Cim-Bom”un bir futbolçularını transfer etmək istədiyini bildirib.

İspanya nəhənginin idarə heyətinin üzvünün dediyinə görə, bu, braziliyalı sol cinah müdafiəçi Adrianodur. Bartomeu İstanbul klubunun 28 yaşlı oyunçu üçün özləri ilə təmas qurduğunu ifadə edib. O, Adriano ilə “Qalatasaray”dan başqa PSJ və “Milan”ın da maraqlandığını vurğulayıb. Lakin buna baxmayaraq Jose Maria 2014-cü ildə müqaviləsi başa çatacaq olan futbolçu ilə yollarını ayırmağı düşünmədiklərini bildirib.