İngiltərə yığması indidən Braziliyada otel seçdi
28.02.2013 - 22:48
İngiltərə milli komandası 2014-cü ildə Braziliyada təşkil ediləcək dünya çempionatına hələ vəsiqə əldə etməmiş orada qalacağı oteli indidən seçib. Apasport.az saytının məlumatına görə, sözügedən ölkənin futbol federasiyasının bir nümayəndə heyəti Braziliyaya gedərək yığmanın qalacağı oteli təyin edib.
“Kopakabana” çimərliyinə yaxın yerdə olan oteli yerləşmə yeri kimi seçən ingilislər, buranın bir mərtəbəsini bütöv komandaya ayrılmasını tələb ediblər. Komandalarını Braziliyanın ən lüks otellərindən birində qalmağı planlaşdıran İngiltərə Futbol Federasiyası 37 mərtəbəli və 545 otaqlı otelin 16-cı mərtəbəsində yerləşəcəklər.

0
0