Fatih Terim cəzalandırıldı
01.03.2013 - 01:15
Fatih Terim cəzalandırıldı
Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin cəzasını açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı 3 oyunluq cəzalandırılıb və 30 min lirə pul cəzası ilə cərimələnib.

Buna Türkiyə Superliqasının 23-cü turunda evində “Orduspor”la (4:2) qarşılaşmada hakimin idmana zidd hərəkəti iddiası ilə tribunaya göndərilməsi səbəb olub. Terimdən fərqli olaraq onun köməkçisi Həsən Şaşa isə 1 matçlıq və 10 min lirə pul cəzası verilib.

Qeyd edək ki, “Orduspor”la oyundan sonra reportaj və mətbuat konfransında məşqçi və futbolçuları iştirak etmədiyi üçün İstanbul klubu da 10 min lirə pul cəzası ilə cərimələnib.