Markizio Bundesliqaya simpatiyasını etiraf etdi
01.03.2013 - 03:24
Markizio Bundesliqaya simpatiyasını etiraf etdi
“Yuventus”un yarımmüdafiəçisi Klaudio Markizio komandasını tərk edəcəyi təqdirdə hansı ölkənin çempionatına üz tutacağını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçu sevimli klubundan ayrıldıqdan sonra Almaniya Bundesliqasında çıxış etmək istədiyini bildirib.

O, bu ölkənin müasir stadionlarına və azarkeşlərin mentalitetinə heyran oldunu ifadə edib: “Mən xaricdə oyun təcrübəmi artırmağa etiraz etməzdim. Buna baxmayaraq mənim üçün həmişə əsas “Yuventus”dur. Əgər nə isə dəyişsəydi mən hara üz tutardım? Yəqin ki, Bundesliqaya yollanmağı üstün tutardım. Ona görə ki, alman futbolu mənim xoşuma gəlir. Onların müasir stadionlarına mən həmişə vurulmuşam. Mən azarkeşlərin mentalitetinə heyran oluram. Çünki onlar komandaları 4 top fərqi ilə də uduzsalar belə, stadionu tərk etmirlər”.