Qaret Beylin sirri ortaya çıxdı
01.03.2013 - 04:45
Qaret Beylin sirri ortaya çıxdı
“Tottenhem”in futbolçusu Qaret Beylin uğurunun sirri bəlli olub. Apasport.az saytının məlumatına görə, 23 yaşlı oyunçunun ayağa sanki yapışan bir corab geydiyi ortaya çıxıb.

Bu corabın futbolçunun ayağına yapışaraq ayağının və topa vuruş gücünün artdığı müəyyənləşib. 24.99 funt-sterlinq dəyərində olan və Amerikada idxal edilən xüsusi corabı Qaretlə yanaşı, “Çelsi”də forma geyinən Demba Ba və Viktor Moses də istifadə edir.

Bu corabların bu qədər üstünlüyünün səbəbi isə oyunçular onu ayağa geydiyi təqdirdə, butsların içərisində ayaqlarını daha rahat hiss etməsidir.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında mübarizə aparan “Çelsi”, “Nyukasl”, KPR, “Norviç”, “Fulhem” və “Liverpul” kimi komandaların futbolçuları bu corabları satın almaq üçün artıq “Meta Sports”a sifariş ediblər.