Aquerodan rəqiblərini qəzəbləndirəcək bir açıqlama
01.03.2013 - 05:10
Aquerodan rəqiblərini qəzəbləndirəcək bir açıqlama
“Mançester Siti”də forma geyinən ulduz oyunçu Serxio Aquero çempionluq yolundakı rəqibləri “Mançester Yunayted”i qəzəbləndirəcək bir açıqlama verib. Apasport.az saytının məlumatına görə, 12 xal “qırmızı şeytanlar”dan geri qalmasına baxmayaraq argentinalı hücumçu çempionluq şanslarının olduğunu bildirib.

O, hər qələbənin komandasının Premyer Liqada çempionluğa bir addım daha yaxınlaşdırdığını ifadə edib: “Addım-addım gedək. Əvvəlcə Federasiya Kubokunu alaq. Hər qələbə bizi Premyer Liqada çempionluğa bir addım daha yaxınlaşdırır. Müvəffəqiyyətin sirri oyununuza güvənməkdən keçər. Bu, bizim arxada qalan Premyer Liqa matçları üçün də etibarlı bir ssenaridir. Hələ kuboku qazanma şansımız varmı? Buna inanmaq istəyirəm. Çox çətin görünsə də, ruhdan düşmək bizə yaraşmaz”.