Nedved Kontenin əfsanəvi bir məşqçi ola biləcəyini düşünür
01.03.2013 - 05:41
İtaliyanın nəhəng klublarından olan “Yuventus”un sabiq futbolçusu Pavel Nedved komandanın baş məşqçisi Antonio Konteni qiymətləndirib. Apasport.az saytının məlumatına görə, Çexiya millisinin veteran oyunçusu 43 yaşlı mütəxəssisin eyni ilə Fabio Kapello, ya da Marçello Lippi kimi klub tarixinə adını qızıl hərflərlə yazdıra biləcəyini bildirib.
Nedved ötən mövsüm Turin təmsilçisini çempion edən və bu il də çempionluğa ən böyük namizədlərdən olan “Yuventusu”n çalışdırıcısının çox müvəffəqiyyətli bir məşqçi olduğunu ifadə edib: “Mən onun düşüncə tərzini sevirəm. O, hər kəsi ələ almağı yaxşı istifadə edir və bunu uğurlara istiqamətləndirir. Konte məşqçilər içərisində ən yaxşılardan birisidir”.

0
0