“Atletiko” 2 aylıq Tiaqonu itirdi
01.03.2013 - 07:10
İspaniya Kral kubokunda finala yüksələn “Atletiko”nun yarımmüdafiəçisi Tiaqo Mendesdən acı xəbər gəlib. Apasport.az saytının məlumatına görə, sözügedən turnirin cavab qarşılaşmasında “Sevilya” ilə 2:2 hesablı bərabərə qalan Madrid təmsilçisinin futbolçusu rəqib oyunçunun müdaxiləsindən sonra zədələnib.
Qolundan ciddi zədə alan Tiaqo ötən gün uğurlu bir əməliyyat keçirib. Əməliyyatdan sonra isə onun 2 ay yaşıl meydanlardan kənar qalacağı müəyyənləşib.
Qeyd edək ki, “Atletiko” finalda Madridin digər təmsilçisi “Real”la üz-üzə gələcək.

- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0