Millimizin sabiq futbolçusunun oynadığı şəhərdə Mourinyo küçəsi
01.03.2013 - 09:15
Dünyanın ən yaxşı məşqçilərdən olan portuqaliyalı Joze Mourinyonun vətənində adını daşıyan küçə olacaq. Apasport.az saytının məlumatına görə, Portuqaliyanın Setubal şəhərinin rəhbərliyi bununla bağlı qərar çıxarıb. Mourinyo əlsən məhz bu şəhərdən olduğundan, onun şərəfinə küçə adlandırılmağı daha məqsədəuyğun sayılıb. Bu qərara yekdilliklə səs verilib.
Şəhər rəhbərliyi bildirir ki, bu qərar Mourinyonun beynəlxalq idmanda xüsusi rol oynamağı ilə bağlıdır: “O, ədalətliliyinə görə dünyada ən səviyyəli və nüfuzlu məşqçilərdən bir sayılır”.
Portuqaliyalı həmkarlarımızın bildirdiyinə görə, küçənin hansı olacağı hələ sonadək müəyyənləşməyib.
Qeyd edək ki, milli komandamızın sabiq futbolçusu və məşqçisi Vəli Qasımov vaxtilə Setubal şəhərinin eyniadlı komandasında oynayıb.

- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0