“Xəzər Lənkəran”ın uduzmadığı rəqibi ilə növbəti dueli
01.03.2013 - 09:54
“Xəzər Lənkəran” Topaz Premyer Liqasının XXII turunda qəbul edəcəyi “Sumqayıt”la 4-cü duelə çıxacaq. Apasport.az saytının məlumatına görə, indiyədək Azərbaycan kubokunda üz-üzə gəlməyən komandalar yalnız Premyer Liqada rəqib olub.
Sumqayıt təmsilçisi ölkə çempionatının ən gənc komandalarından biri olduğundan, “Xəzər Lənkəran” bu rəqiblə ilk dəfə ötən mövsüm görüşüb. Həmin vaxt cənublular hər 2 qarşılaşmada qalib gəlib. Hər dəfə 3 qolun vurulduğu matçlarda lənkəranlılar rəqibinə xal verməyib.
Cari mövsümün ilk dövrəsində isə “Sumqayıt” ilk dəfə “Xəzər Lənkəran”dan xal almağı bacarıb. Hər 3 qarşılaşmada rəqibinin qapısına qol vuran “ağ-yaşıllar” bu matçlarda rəqibinə uduzmayıb. Hesabında 2 qələbə və 1 heç-heçə olan lənkəranlılar rəqib qapısına 6 qol vurub. “Sumqayt” isə 3 matçda cəmi 2 dəfə qol sevinci yaşayıb.
Mənbə: lankaranfc.com

- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0