İlhan Mansız yeni idman növündə
01.03.2013 - 11:50
Tanınmış türkiyəli futbolçu İlhan Mansız özünü yeni idman növündə sınamağı qərara alıb. Apasport.az saytının məlumatına görə, 37 yaşlı hücumçu gələn il Soçi Qış Olimpiya Oyunlarında fiqurlu konkisürən kimi çıxış edəcək.
2002-ci ildə keçirilən dünya çempionatının 1/4 finalında Seneqal yığmasına vurduğu “qızıl qol”la məşhurlaşan İlhan buz üstündə gəzməyi öyrənib. Bu, Rusiyada “Buz üstündə rəqslər” şousunda olub. Maraqlıdır ki, Mansız bunadək heç ayağına konki geyməyib. O, yığmada rusiyalı Olqa Bestandiqova ilə məşq edir. Cütlük Olimpiadada medalçı olmağa ciddi ümid edir.
Qeyd edək ki, Mansız karyerasını zədə üzündən erkən başa vurub.

- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0