“İnter” nümunəsi
01.03.2013 - 12:16
Azərbaycan çempionatında baş məşqçi istefaları adi hala çevrilməkdədi. Topaz Premyer Liqasında mübarizə aparan klub rəhbərləri çalışdırıcıları ilə yollarını ayırmaqda tərəddüd etmirlər. Apasport.az saytı son 9 ilin ən çox məşqçi dəyişən komandalarını müəyyənləşdirib.
Ona görə 9 il ki, məhz 2004-cü ilin yayında ölkə futbolunda canlanma başladı. Yeni klublar yarandı, köhnələr daha iddialı, daha möhkəm maddi dayaqlara söykəndi. Həmin vaxtdan artıq 9 il ötür. Bu müddətdə adını və iddiasını dəyişən klublar az deyil.
Arxada qalan 8 tam və indiki mövsümü araşdırmazdan əvvəl bəzi məqamlara toxunmaq zəruridir. İlk növbədə araşdırmanın yalnız 6 kluba şamil edilməsini vurğulayaq. Çünki yalnız 6 komanda 2004-cü ilin yayından indiyədək fasiləsiz sonradan Premyer Liqa adlanan güclülər dəstəsində çıxış edib. Bunlar “Neftçi”, “İnter”, “Bakı”, “Xəzər Lənkəran”, “Qarabağ” və “Turan”dır.
İkinci – çox vacib məqam baş məşqçi dəyişikliklərini hansı meyara əsasən hesablanmasıdır. Çünki burada 2 maraqlı sual ortaya çıxır. Bunların biri eyni çalışdırıcının müxtəlif vaxtlarda bir neçə dəfə baş məşqçi postuna gəlməsidir. Digəri isə komandanın kiməsə - istefaya göndərilən çalışdırıcının köməkçilərindən birinə müvəqqəti tapşırılmasının hesaba alınıb-alınmamağıdır.
Bu məqamlarla bağlı hər hansı bir qayda mövcud olmadığından məsələyə yanaşma sərbəst şəkildə müəyyənləşdirilməlidir. Bu üzdən hər təyinatı hesablamaq variantına üstünlük verək. Təyinat dedikdə komandanın müvəqqəti kiməsə tapşırılmasını da klub rəhbərliyinin qərarı kimi hesaba almaq lazımdır.
Yəni eyni mütəxəssisin baş məşqçi vəzifəsinə hər təyinatı, hər qayıdışı ayrı-ayrılıqda sayılır. Üstəlik, onun əvəzləyicisinin də bu posta müvəqqəti təyinatı hesaba alınır. Bu məqamları 2 nümunədə izah edək.
Ötən mövsüm “Turan”da qəribə hadisə baş verdi. Mövsümə baş məşqçi kimi başlayan Əsgər Abdullayev çempionatın ortasında postundan getdi. Klub rəhbərliyi onu əvəzləməyə mütəxəssis tapmayınca, bu postu müvəqqəti onun köməkçisi Eltay Aslanova verdi. Lakin cəmi 1 turdan sonra Abdullayev qayıtdı. Rəhbərlik də onu yenidən baş məşqçi kimi qəbul etdi. Həmin mövsüm üçün “Turan”da neçə baş məşqçinin çalışdığını, neçə dəyişikliyin olduğunu müəyyənləşdirməkdə müxtəlif variantlar iddia edilə bilər.
Lakin hər təyinatı, hər müvəqqəti tapşırılmanı ayrı-ayrılıqda saymağa qərar verdiyimizdən bunu “3” kimi qəbul edək. Belə vəziyyətlərdə mövsümü elə 1 məşqçi ilə başlayanlar da, bu rəqəmi 2 kimi qəbul edənlər də tapıla bilər. Lakin biz belə halda “3-ə” üstünlük verməyi məqsədəuyğun saydıq.
Eyni məntiqlə cari mövsümdə “Xəzər Lənkəran”dakı dəyişikliyin sayı 4-ə bərabər olacaq. Mövsümə Yunis Hüseynovla başlayan klub rəhbərliyi onun istefasından sonra komandanı 1 oyunluq Emin Quliyevə tapşırdı. Ardınca Karles Martorell baş məşqçi gətirildi. İspaniyalı da komandadan gedəndən sonra baş məşqçi ilə bağlı növbəti qərar verildi: müvəqqəti Quliyevə tapşırıldı.
İzah etdiyimiz nümunələrdəki uyğun hesablamalar aparıb, 6 klubun 8 mövsüm yarımlıq tarixinə nəzərə salaq. Belə vəziyyətdə aşkar görünür ki, “İnter” məşqçi sarıdan ən sabit komandadır. 9 ilə yaxın müddətdə “bankirlər” cəmi 4 təyinatla kifayətlənib: Anatoli Konkov, Oleq Smolyaninov, Valentin Xodukin və Kaxaber Sxadadze. Onlardan yalnız ikincisinin fəaliyyəti qısamüddətli olub və mövsümdən də az sürüb.
Əslində, “İnter” kimi “Qarabağ” da digər klublara məşqçi məsələsində nümunə ola bilər. Bu müddətdə onlar cəmi 5 mütəxəssislə yolunu davam ediblər. Bunlar İqor Ponomaryov, Elxan Abdullayev, Böyükağa Ağayev, Rasim Kara və Qurban Qurbanovdur.
Digər 4 komanda isə orta hesabla 1 ildə 1-dən artıq məşqçi təyinatına üstünlük verib. “Neftçi” 11, “Bakı” 13, “Turan” 15, “Xəzər Lənkəran” 16 dəfə baş məşqçi postu ilə bağlı qərar verib. Düzdür, bu klubların hamısında bir neçə dəfə təyin olunanlar, müvəqqəti icra edənlər az olmayıb.

0
0