“Xəzər Lənkəran”ın sabiq hücumçusu Çilidə klub dəyişdi
01.03.2013 - 12:51
Mirça Rednikin vaxtında “Xəzər Lənkəran”a transfer olunan Dieqo Ruis klubunu dəyişib. Apasport.az saytının məlumatına görə, 32 yaşlı futbolçu Çilinin “Deportes Antofaqasta” klubunu Primera B-də çıxış edən “Universidad de Konsepsyon”a dəyişib.
Argentinalı futbolçunun elita klubunu aşağı dəstə komandasına dəyişməsinin əsas səbəbi baş məşqçi Pablo Sançeslə bağlıdır. Çünki “Feyenoord” və “Alaves”in sabiq futbolçusu olan Sançes də argentinalıdır.
Artıq “İvan Draqo” ləqəbli futbolçu ilk 2 turda meydana çıxıb. Yoxlama oyununda yeni komandası üçün fərqlənməyi bacarsa da, meydana ikinci yarıda daxil olan Ruis hələ ki hər 2 görüşdə qol vura bilməyib.
Qeyd edək ki, 2010-cu ilin yayında “Xəzər Lənkəran”a Rumıniyanın ÇFR klubundan gələn Dieqo Ruis ölkəmizdə 6 aydan da az qalmışdı. 8 oyunda 2 qola imza atan hücumçu qollarından birini əzəli rəqib “Neftçi”yə vurmuşdu.

0
0