“Turan” – “Neftçi” oyununun yeri və vaxtı dəyişdirildi
01.03.2013 - 13:35
Topaz Premyer Liqasının XXII turunda “Turan” – “Neftçi” oyunun keçirilmə yeri və vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, martın 3-də tura yekun vurmalı olan matç saat 15:00-da İsmət Qayıbov adına Bakıxanov adına qəsəbə stadionunda keçiriləcək.
Əslində, “Turan”la “Neftçi” saat 18:00-da “Dalğa Arena”da üzləşməli idi. Ancaq “Kəpəz” də həmin gün həmin stadionunda ev oyununu keçirərək, saat 14:00-da “Simurq”u qonaq edəcək. Bu, nəzərə alınaraq, “Turan”ın oyunu paytaxtdakı digər stadiona salınıb. Bu, “Neftçi”nin vaxtilə rəqiblərini qəbul etdiyi arenadır.
Qeyd edək ki, “Kəpəz”lə “Turan”ın stadionlarında meydançanın qazonu dəyişdirildiyindən, qış fasiləsindən ev oyunlarını “Dalğa Arena”da keçirirlər.

- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0