“Şaxtyor”un azərbaycanlı qənimi - FOTO
01.03.2013 - 14:45
Bu həftə Ukrayna çempionatında növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, həm ölkəsində, həm də Avropada özündən söz etdirən Donets “Şaxtyor”u Lutsk təmsilçisi “Volın”la görüşəcək.
“Neftçi”nin sabiq baş məşqçisi Anatoli Demyanenkonun yetirmələri 10 illik həsrətə son qoyub, “Şaxtyor”u məğlub etməyə çalışacaq. Qarşılaşma ərəfəsində Ukrayna mətbuatı bu oyuna geniş yer verib.
Bu ölkədən olan həmkarlarımız iki komandanın duellərinin tarixindən bəhs edərkən, Azərbaycan millisinin sabiq futbolçusu Samir Əliyevi də unutmayıb: “2002/03 mövsümü unikal alındı. Həmin çempionata qədər də, ondan sonra da “Şaxtyor”u məğlub edə bilməyən “Volın” 1 mövsümdə 2 dəfə rəqibinə qalib gəldi. Lutsklılar bununla rəqibinin çempionluq arzusunun üstündən xətt çəkdilər. İlk matçda öz meydanında 2:0 hesabı ilə qalib gəldilər. Donetskdəki qarşılaşmanın qəhrəmanı isə dubla imza atan Azərbaycan yığmasının hücumçusu Samir Əliyev oldu. Həmin matçda qonaqlar 3:1 hesabı ilə qalib gələrək, “Şaxtyor” üzərində son qələbəsini qazandı”.
Həmkarlarımızın duellərlə bağlı hazırladığı yazıda Samirın həm də “Şaxtyor”la matçlarda ən çox qol vuran “Volın”lı olduğu da əksini tapıb. 21 oyunda ümumi top fərqində 17:46 hesabı ilə geridə olan lutsklıların 3 qoluna məhz həmyerlimiz imza atıb. Həmin vaxtdan 10 il keçsə də, Əliyevin rekordunu qıran olmayıb.

0
0