Millimizin üzvlərinə 43 min manat mükafat verildi
01.03.2013 - 15:17
Həmyerlimiz Rail Məliovla Arif İsayevin formasını geyindiyi “Dənizlispor” klubu 100 min lirə (43 min AZN) mükafat alıb. Apasport.az saytının xəbərinə görə, Dənizli şəhərinin bələdiyyə sədri Osman Zorlan Türkiyə I dəstəsində mübarizə aparan komandaya “Samsunspor”la görüşdə qələbə qazanacağı təqdirdə 100 min lirə mükafat vəd etmişdi.
O, həmin məbləği komandanın kapitanı Veliyə təqdim edib. Ondan əlavə, klub rəhbərliyi də “Göztəpə” bərabərliyinə və “Samsunspor” üzərindəki qələbəyə görə futbolçulara 60 min lirə (25 min manat) mükafat verib.
Ancaq mükafat bununla yekunlaşmır. Dənizli valisi komandanın bu həftə “Boluspor”la görüşdə qələbəsinə 75 min, bərabərliyinə isə 30 min lirə mükafat vəd edib.
Bələdiyyə sədri Osman Zolan açıqlamasında “Dənizlispor” maddi və mənəvi dəstəklərini davam etdirəcəklərini bildirib: “Kluba əlimizdən gəldiyi qədər köməklik göstəririk. “Samsunspor”la oyun bizim üçün böyük əhəmiyyət kəsb edirdi. Sevindirici haldır ki, qələbə qazandıq. Qarşıdakı oyunda da qələbə qazansaq şansımız xeyli artacaq”.

0
0