“Qarabağ” – “İnter” oyununun hakimi müəyyənləşdi
01.03.2013 - 17:53
“Qarabağ” – “İnter” oyununun hakimi müəyyənləşdi
Topaz Premyer Liqasının XXII turunun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, liderin ən yaxın izləyiciləri “İnter” və “Qarabağ” arasında turun mərkəzi oyunu Vüsal Əliyevə tapşırılıb.

İlk “altılığ”a vəsiqənin taleyinin həll olunacağı 3 qarşılaşmada isə Fariz Yusifov, Ramil Diniyev və Rəhim Həsənov fit çalacaq. Yusifov “Bakı” – “Rəvan”, Diniyev “Xəzər Lənkəran” - “Sumqayıt”, Həsənov isə AZAL – “Qəbələ” görüşündə ədaləti qoruyacaq.

3 mart (bazar)
14:00. “Kəpəz” – “Simurq”
Hakimlər: Anar Salmanov, Cavanşir Yusifov, Namiq Hüseynov, Tahir Əhmədov
Bakı. “Dalğa Arena” stadionu

15:00. “Bakı” – “Rəvan”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Ramiz Əsədov, Sərxan İsmayılov
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu

15:00. “Xəzər Lənkəran” – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, İsgəndər Əliyev, İnqilab Məmmədov
Lənkəran. Şəhər mərkəzi stadionu

15:00. AZAL – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov
Bakı. “AZAL Arena” stadionu

15:00. “Turan” – “Neftçi”
Hakimlər: Elvin Əsgərov, İlham Əliyev, Rza Məmmədov, Feyzulla Feyzullayev
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

17:00. “Qarabağ” – “İnter”
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Nahid Əliyev, Orxan Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu