“Qarabağ”da itkilər
01.03.2013 - 18:56
“Qarabağ”da itkilər
“Qarabağ” Topaz Premyer Liqasının “İnter”lə oyununa hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, təsnifat mərhələsinin son turuna hazırlaşan ağdamlılar oyunun keçiriləcəyi Tofiq Bəhramov adına mərkəzi arenada hazırlıq keçir.

Qurban Qurbanovun yetirmələri “İnter”lə oyuna itkilərlə çıxacaq. Belə ki, müdafiəçi Ansi Aqolli 4 sarı vərəqə üzündən cəzalı duruma düşüb. Sonuncu görüşdə zədə səbəbindən əvəzlənən Riçard Almeydanın da meydana çıxması sual altındadır. Onun da digər hücumçu Branimir Subaşiç kimi meydandan kənarda qalacağı mümkündür. Əvəzində yeni transferi Emeka Opara da artıq məşqlərə başlayıb.

Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu martın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 17:00-da başlayacaq.