Ruslan, Rusiya və erməni futbolçu
02.03.2013 - 00:01
Ruslan Rusiyaya getdi. Daha dəqiqi Tatarıstana. Lap dəqiqi, “Rubin”ə. Açığı, sevindiricidir, qürur duyuruq. Ən azı ona görə ki, Avropanın ən baxımlı və həm də ən güclü çempionatlarından birində top qovacaq.
Abışovun “Rubin” macərası xeyli vaxtdı başlamışdı, əslində. Amma macəra xoş sonluqla bitdi.
Ruslana nə qədər pul veriləcək, bilinmir, nə klubu, nə də özü açıqlayır. Amma ona 87 nömrəli futbolka veriblər ki, sevimli klubunda bu nömrəylə çıxış edəcək.
“Rubin” sevimli komandası imiş Ruslanın. Ruslan sevinir, təbiidir. Axı “Rubin”dir, hansısa Azərbaycan klubu deyil. Amma Ruslan bəzən öz sevinci çox qabarıq büruzə verir.
Məsələn, futbolçumuz müsahibəsində deyir ki, “Rubin”in çoxdankı azarkeşiyəm. Sən demə, Ruslan hələ uşaq vaxtlarından “Rubin”ə “balet” edirmiş və tale elə gətirib ki, indi bu klubun şərəfini qoruyacaq.
Ruslan qardaşımız, 1987-ci ildə anadan olub. Amma “Rubin” uzaq 58-ci ildə yaransa da, SSRİ çempionatının II dəstəsində avaralanıb. “Rubin”in bəxti onda gətirdi ki, SSRİ dağıldı və bu komanda Rusiya çempionatının güclülər dəstəsində - o vaxt Premyer Liqa deyildi - oynamağa başladı. Amma burada da səhv etmirəmsə, ikicə il davam gətirib getdi I dəstəyə.
Bax, onda Ruslan uşaq idi. Təzəcə “Neftçi”yə gedib futbolun sirlərini öyrənirdi. Amma o vaxt, yəni 90-ların əvvəllərində hansı uşaq “Spartak”ı, SSKA-nı, lap elə o vaxtların “Rotor”unu qoyub birinci liqada çıxış edən “Rubin”ə azarkeşlik edərdi?
Vallah, səmimi deyil axı... Bunu Qurban Berdıyevə xoş gəlmək üçün deyirsənsə, o da lazım deyil. Onsuz da onu hər müsahibəndə göylərə qaldırırsan. Sitat: “Rubin” klubunun baş məşqçisi Qurban Berdiyev Azərbaycan futbolu ilə bağlı çox məlumata malikdir. Amma o, indiyə qədər məndən başqa heç bir azərbaycanlı ilə maraqlanmayıb. Berdiyev çox güclü mütəxəssisdir. Düşünürəm ki, ondan bir futbolçu və bir insan kimi çox şey öyrənəcəyəm”.
Yəqin elə Qurban əkə məlumatlı olduğundandır ki, səni bəyənib Kazana aparıb. Və sənə güvənir. Amma sən Rusiyaya futbol oynamağa gedirsən. Orda rus da oynayır, gürcü də, erməni də. Hə, məhz ermənilər. Movsesyan var, eşitmisənmi? Rusiya çempionatının bombardirlərindən biridir. Movsesyanın adını nahaq yerə çəkmədim. Müsahibəndə deyirsən ki, ermənilərə münasibətim pisdir. Onlara qarşı daha aqressiv oynayacam.
Qardaşım, sən futbol oynamağa gedirsən, aqressiya nümayiş etdirməyə yox. Elə Berdıyev də səni “Rubin”ə futbolçu kimi aparıb, erməni döyən kimi yox. Və nəhayət, günlərin bir günü elə həmin Berdıyev bir ermənini klubuna transfer etdirdi, bəs onda?
Bax, onda peşəkarlığın üzə çıxacaq. Yoxsa, nə “Rubin”, heç “İrtış” da sənə yiyə durmaz!
Səbuhi MƏMMƏDLİ

0
0