“Rəvan” “Bakı” ilə oyunun hazırlıqlarına start verdi
01.03.2013 - 20:20
“Rəvan” “Bakı” ilə oyunun hazırlıqlarına start verdi
“Rəvan” Topaz Premyer Liqasının təsnifat mərhələsinin sonuncu – XXII tur matçına hazırlıqlara başlayıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, “uçan aslanlar” “Xəzər Lənkəran”a qarşı keçirdiyi ölkə kubokunun ilk 1/4 final oyunundan sonra artıq diqqəti “Bakı” ilə görüşə yönəldib.

Kubok oyunundan sonrakı günü istirahət edən komanda üzvləri bu gündən çalışmalara başlayıb. Ənənəvi olaraq “Bayıl Arena”da baş tutan hazırlıqda futbolçular isinmə hərəkətləri yerinə yetirdikdən sonra “kvadratlar” üzərində çalışıb, meydanın yarı hissəsində ikitərəfli mini-oyunda qüvvələrini sınayıblar. Məşqi qapıya zərbələr üzərində işləməklə bitirən komandamızda zədə ilə bağlı ciddi problem yoxdur. “Bakı” ilə oyunda Miloş Adamoviç cəzalı olduğuna görə oynaya bilməyəcək. Əvəzində Samuel Barlay və Nuran Qurbanovun cəzaları bitib və baş məşqçi Ramil Əliyev bu futbolçuların xidmətindən yararlana biləcək.

Qeyd edək ki, XXII turun “Bakı” – “Rəvan” oyunun martın 3-də rəqibin təlim-məşq bazasının stadionunda keçiriləcək. Görüş 15:00-da başlayacaq.