Xavi də “El Klassiko”da forma geyinə bilməyəcək
01.03.2013 - 21:06
“El Klassiko”da daha bir ulduz futbolçu meydana çıxa bilməyəcək. Apasport.az saytının məlumatına görə, “Barselona”nın yarımmüdafiəçisi Xavi Hernandes komandasını meydanda yalnız qoyacaq. Buna isə onun zədəsi səbəb olub.
Belə ki, Xavi fevralın 26-da İspaniya Kral kubokunun cavab yarımfinal oyununda “Real”a qarşı matçda da meydana zədəli olaraq çıxmışdır. İndi isə onun zədəsinin ciddi olduğu müəyyənləşib. Lakin yarımmüdafiəçisinin zədəsinin Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında “Milan”la oyuna qədər yaxşılaşması gözlənilir.
Qeyd edək ki, “Barselona”nın digər ulduz futbolçusu Lionel Messi madridlilərlə kubok oyununda soyuqlayıb. Hərarəti qalxan argentinalı hücumçu məşqi buraxmalı olub. Həkimlər Lionelə bir neçə günlük istirahət və yüngül fərdi məşqlər etməyi məsləhət görüb.
Qarşı tərəfdə “Real”da isə baş məşqçi Joze Mourinyo bu dəfə əsas heyət üzvlərindən yarısını ehtiyatda saxlamağı qərara alıb. O, müdafiəçi Rafael Varanı, yarımmüdafiəçi Xabi Alonsonu, Anxel Di Mariyanı, Məsut Özili və hücumçu Qonsalo İquaini “Mançester Yunayted”lə martın 5-də İngiltərədə keçirəcəyi Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşü öncəsi zədə baxımından risk etmir.
“Real” - “Barselona” matçı isə martın 2-də “Santyaqo Bernabeu” stadionunda olacaq və Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

0
0