Yeni texnologiya növbəti mövsümdən etibarən Premyer Liqada
01.03.2013 - 21:41
Bildiyiniz kimi, FİFA bir müddət əvvəl qolların qeydə alınması üçün “qol xətti texnologiyası”ndan 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında istifadə ediləcəyini açıqlamışdır. Apasport.az saytının məlumatına görə, bu texnologiyadan 2013-2014 mövsümündən etibarən İngiltərə Premyer Liqasında da tətbiq olunmağa başlanacaq.
Yeni mövsümdə çempionatda iştirak edəcək 20 komandanın stadionunda bu texnologiya quraşdırılacaq. Ancaq Premyer Liqanın 2013-2014 mövsümünün açılışından əvvəl “qol xətti texnologiyası”ndan Britaniyada ilk dəfə avqust ayında baş tutacaq Şelfild kubokunda istifadə ediləcək.
Qeyd edək ki, ötən il Yaponiyada təşkil olunan klublararası dünya çempionatında birdən-birə 2 - “GoalRef” və “Qartal gözü” texnologiyaları sınaqdan uğurla keçmişdi.

0
0