Kaka: Joze Mourinyoya güvənirik
01.03.2013 - 22:09
İspaniya Kral kubokunda “Barselona”nı 1:3 hesabı ilə məğlub edib finala çıxan və sabah La Liqada Kataloniya klubu ilə qarşılaşacaq “Real”ın braziliyalı ulduz oyunçusu Kaka mətbuat qarşısına keçərək önəmli açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, o, heç kimdən futbolu buraxması istiqamətində görüş keçirmədiyini ifadə edib.
Kaka böyük matçların onun üçün motivasiya yaratdığını bildirib: “Kimsə futbolu buraxmağın lazım olduğunu mənə hiss etdirmədi və hələ futbolun içərisindəyəm. Böyük oyunlar özümü göstərmək üçün böyük bir fürsətdir. “Barselona” ilə matçda da oynasam, bu fürsəti ən yaxşı şəkildə dəyərləndirəcəyəm”.
Braziliyalı yarımmüdafiəçi fevralın 26-da İspaniya Kral kubokunun cavab yarımfinal oyununda Joze Mourinyonun ona şans verməməsinə də toxunub. O, bunu problem etmədiyini və portuqaliyalı çalışdırıcının qərarlarına hörmət etdiyini vurğulayıb: “Barselona” ilə matç özünə inam qazanmaq baxımından çox əhəmiyyətli görüş idi. Bizim üçün onları məğlub etmək, hər zaman xoşdur. Həmişə baş məşqçimiz Joze Mourinyoya güvənirik. O, “Real” üçün ən yaxşısını düşünür”.

0
0