Ruslan Abışovun komandası Türkiyədə
01.03.2013 - 22:40
Ruslan Abışovun komandası Türkiyədə
Azərbaycan millisinin futbolçusu Ruslan Abışovun komandası Rusiyanın “Rubin” klubu bu gün qısamüddətli məşq üçün Türkiyənin Antalya şəhərinə gediblər. Apasport.az saytının məlumatına görə, təmsilçimizin komandası Bələkdə otellərin birində yerləşiblər.

Kazan klubu Avropa Liqasının 1/8 final nərhələsinin cavab oyun gününə qədər Türkiyədə məşq edəcək. Daha sonra Tatarıstan təmsilçisi “Levante” ilə qarşılaşma üçün İspaniyaya yola düşəcək.

Qeyd edək ki, Abışovun komandası Rusiya Premyer Liqasının 20-ci turunda “Zenit”lə qarşılaşacaq. Martın 10-da baş tutacaq matç saat 16:00-da başlayacaq. Həmin oyunda Ruslan “Rubin”in heyətində ilk dəfə sözügedən çempionatda debüt edə bilər.