Yubiley hədəfi: “Xəzər” öncə doğru məşqçini tapmalıdı!
02.03.2013 - 00:11
"Xəzər Lənkəran" yenə məşqçisiz, yenə axtarışdadı. Yunis Hüseynov və Karles Bakesin seçimində olduğu kimi, yenə cənubluların harda və necə məşqçi axtardığı bilinmir. Adı çəkilən məşqçilərlə bağlı işlərdə olduğu kimi, yenə hər şey qaranlıqdı, ispanın xələfi gizlicə müəyyənləşdirilir.
Yəqin ki, yaxın günlərdə ən azı ilkin işartılar bəlli olacaq. Biləcəyik ki, "Xəzər Lənkəran" necə məşqçiyə güvənmək istəyir: məşhura, yoxsa adi birinə; Hüseynov kimi tanıdığımıza, yoxsa, Bakes kimi sirli qutuya; yerliyə, yoxsa əcnəbiyə?
Bu gün Cənub klubunun rəhbərliyi özü də hədəfi müəyyənləşdirməyib. İnanın, onlar özü də hələ kiminlə işbirliyi quracağını qətiləşdirməyib. Axı, budəfəki təyinat sadəcə, təyinat ola bilməz. İndi təyin olunacaq məşqçi komandanı gələn mövsüm mütləq çempionluğa daşımalıdı. Klubun yaranışının 10 illiyində hansısa komandadan aşağıda olmaq lənkəranlıların planlarına daxil deyil.
Bu mövsüm üçün "Xəzər Lənkəran"ın nəyəsə ümid etməsi yersizdi. Real yanaşsaq, çempionatda qatar artıq gedib. Komandanın ilk "altılığ"a düşməsi real deyil, daha çox möcüzəyə bağlıdı. Hətta "Rəvan" "Bakı"nı büdrətsə və cənublular ən güclü 6 komanda sırasına düşsə də, çempionluq nədi, avrokuboklara vəsiqə qazanmaq çətin olacaq. Final mərhələsində böyük xal fərqini aradan qaldırmaq üçün lənkəranlılar bütün oyunlarda qalib gəlməli, rəqiblərinin də tez-tez büdrəməsini arzulamalıdı.
İndiki şərtlərlə isə bu, mümkün deyil. Bakesin qoyub getdiyi komanda hətta evdə "Turan"ı çətinliklə yenə bilən kollektivdi, arzuların komandası deyil.
Düzdü, "Xəzər Lənkəran"ın Avropaya yollanması üçün hələ ölkə kubokunda şans var və cənublular yarımfinala çox yaxın olduğundan burada daha ümidlidi. Ancaq etiraf edək ki, indiki komandanın bu titulu qazanmaq şansı, qazansa belə, avrokubok ənənəsini nəzərə alaraq orada uğura nail olmaq imkanı çox azdı. Bəs, nə etməli?
Hazırda Premyer Liqaya liderlik edən "Neftçi" ardıcıl 3-cü çempionluğa doğru gedir. Bakılıların iki əsas rəqibi sabah bir-birini büdrətməyə çalışacaqsa, bakılılar "Turan"ı yenib bir az da rahatlaşacaq. "İnter"lə "Qarabağ"ın ən azı birinin bir az da geri düşəcəyini nəzərə alsaq, Böyükağa Hacıyevin yetirmələri xeyli uzaqlaşacaq. PFL-ın ağdamlılara dəstək verməsi haqda iddialara və ya "bankirlər"in aradabir sabit çıxış etməsinə aldanmayın, Sadıq Sadıqovun vəd etdiyi "ardıcıl 5 çempionluq" layihəsinə doğru üçüncü addım məhz bu mövsüm atılacaq. Bu hegemonluğa son qoymağı bacara biləcək yeganə komanda isə məhz "Xəzər Lənkəran"dı.
Ancaq bugünkü "Xəzər Lənkəran" yox, daha ağıllı və mütəşəkkil qurulacaq, yubiley ilində çempionluğa oynayacaq "Xəzər Lənkəran".
Elə bu səbəbdən də cənublular ölkə futbolunda imicini qorumaq istəyirsə, "Neftçi"yə həqiqi rəqib olduğunu düşünürsə, yeni, güclü komanda quruculuğuna başlanmalıdı. Lazım olsa, hətta bu il avrokuboklara vəsiqədən belə imtina etməklə...
Lənkəranlıların hər cür oyunçunu, məşqçini heyətə cəlb etmək imkanı var. Ən azı Azərbaycan reallığında digərləri ilə müqayisədə daha səs-küylü transferlər mümkündü. Ancaq 10 illik yubileyi səs-küylə, çempionluqla qeyd etmək üçün cənubluların transferdə səs-küy salmasına ehtiyac yoxdu, indi ağılla komanda qurmaq lazımdı. Bu baxımdan ilk addım isə məşqçi seçimidi.
Demək olar, boşa verilmiş mövsümün qalan hissəsində yeni komanda qura biləcək, gələn çempionat üçün daha doğru yolla irəliləyən kollektiv formalaşdıra biləcək məşqçi!
Kimi seçməli? Mənsimovların nə düşündüyünü bilmirəm, ancaq şəxsən mənə elə gəlir ki, bu gün Lənkərana yerli məşqçi lazımdı. Əcnəbilərlə bağlı acı xatirələr də bunu diktə edir. Hazırda ilk "altılıq"da olan 5 komandadan üçünü özümüzkülərin çalışdırması, əksər vaxt titulları məhz yerlilərin qazanması da hardasa bu variantı ağlabatan edir. Bundan başqa, komandanın paytaxtı yox, əyaləti təmsil etməsi də önəmli faktordu.
Bölgədə yaşayıb işləməyi qəbul edəcək çox az səviyyəli əcnəbi çalışdırıcı tapmaq olar. Düzdü, "Xəzər Lənkəran"ın bir mövsümünü əlindən alan Yunis Hüseynov bu komandanın rəhbərliyində bəlkə də yerlilərə qarşı qıcıq yaradıb. Ancaq yenə də ölkəni, ölkə futbolunu, meydandakı və meydandankənardakı mübarizəni daha yaxşı anlaması baxımından indi cənublulara ən yaraşanı yerli məşqçidi.
Əcnəbilər bizim mətbəxi öyrənənə kimi iş işdən keçir. Ola bilər, bir-iki ildən sonra onlar həqiqətən əla nəticələr göstərən komanda yarada bilər. Gəl ki, indiki halda "Xəzər Lənkəran"ın gözləməyə vaxtı yoxdu, 10 illiyi çempionluqla qeyd edəcək məşqçi lazımdı. Artıq komandanın formalaşdırılması, transferlər, hazırlıq planı onun təyinatından sonra planlaşdırılmalı olan işlərdi.
Bu gün "Xəzər Lənkəran" rəhbərliyinin səhv etməyə hüququ yoxdu. Təbii ki, söhbət "Neftçi"nin hegemonluğuna son qoymaqdan, yubiley ilində qızıl medal qazanmaqdan gedirsə, ikinci patrona əl atmaq şansı qalmayıb, quşu gözündən vurmaq lazımdı.
Ağasəlim Mircavadov? Cənublular ən yaxşı dövrlərini məhz bu mütəxəssisin rəhbərliyi altında keçirib. Ancaq o, buna ölkə futbolunun qaymaqlarını Lənkərana aparmaqla, bir az da rəqabətin zəif olduğu dönəmdə nail olub. Bunu təcrübəli mütəxəssisin "Xəzər"dəki ikinci dönəmindəki uğursuzluqları da sübutdu. Bu gün onun daim birə işlədiyi yerli futbolçuların çoxu karyerasını bitirib, yenilərlə necə anlaşması isə bir az şübhəlidi. Əcnəbi seçimindəki bacarığı haqda isə danışmaq risklidi.
Və ən nəhayət, onun son vaxtlar ancaq Lənkəranda işləməsi, başqa yerdə ehtiyac duyulmaması da sual doğurur. Görəsən, Mənsimovlar bir çaya üçüncü dəfə girərmi?
Şahin Diniyev? Ramiz Mirzəyev AFFA prezidenti olduğu vaxt yığmada işlədiyi üçün indi hamı tərəfindən daşlanan bu məşqçinin ölkədə kəşf edilmədiyi qənaətindəyəm. Yığmadakı fəaliyyəti dövründə bəzi oyunçularla problemlər yaşadığını nəzərə almasaq, işi qənaətbəxş idi. Amma məhz oyunçulara özündən asılı olmayan səbəblərdən yaranan problemlərə görə də milli karyerasının sonu üzücü oldu. Ancaq həm Rusiyada işlədiyi dönəmdə, həm "Gəncə"də, həm də "Qarabağ"da öz futbol fəlsəfəsini ortaya qoya bildi, bəlkə də həmin vaxt mövcud olan şərtlərə görə boyundan hündürə tullandı. Ümumi ab-havaya görə Lənkəranda ona güvənməzlər, ancaq Babək Quliyevə iş verməklə axına qarşı üzdüyünü göstərən "Xəzər Lənkəran" bəlkə yenə belə addım atdı? Hər halda, Bakesin istefası reallaşan kimi onu əvəzləməyə namizəd göstərilən iki şəxsdən biri Mircavadov, digəri Diniyev idi.
Əsgər Abdullayev? "Olimpik"dəki (indiki AZAL) işiylə ölkə futboluna möhür vuran bu məşqçi yığmada da bəsit imkanlarla çox şey bacardı. Ancaq nədənsə heç vaxt ona iddialı komandaları həvalə etmədilər. Bir dəfə "Bakı"da işlədi, onda da elə komanda qurdu ki, klubdaxili problemlər üzündən postundan gedəndən sonra Böyükağa Hacıyev gəlib yetişmiş meyvələri topladı, komandanı gözlənilən titullara qovuşdurdu. Ortabab "Olimpik"i işlədiyi dövrdə ölkə nəhənginə çevirməyi, ac "Turan"ı ölməyə qoymamağı da Abdullayev bacardı. Sizcə, o, daha yaxşı şansa layiq deyilmi?
Başqa kim var? İşsizlərdən Elxan Abdullayev, Vladislav Qədirov, Vəli Qasımov "Xəzər Lənkəran" çapında məşqçilər deyil, İqor Ponomaryov isə artıq bir dəfə o səviyyəli biri olmadığını göstərib. Bəlkə komandanın ilk məşqçisi olan Nazim Süleymanov? Cənub bölgəsindən olması, komandanın yaranmasındakı xidmətləri və s. onu ön plana çıxara bilər. Ancaq hazırda Berti Foqtsun köməkçisi olan Nazim bəyin AZAL-dakı qeyri-sabit nəticələri tərəddüdə yol açır (Sport Ekspress).
Əslində, cənublular indi iş başında olan bəzi məşqçilərə də diqqət yetirə bilər. Bəlkə də Qurban Qurbanov daha yaxşı maliyyə durumu olan klubda "Qarabağ"da etdiklərinin üzərinə əlavələr edər; bəlkə də "Xəzər"in ilk kapitanı, "Neftçi"ni baş məşqçi kimi debütündə çempionluğa daşıyan Arif Əsədov oradan səbəbsiz çıxarıldığını sübut edə bilər; bəlkə də...
Bəlkə, bəlkə, bəlkə, bəlkələr... Ancaq "Xəzər Lənkəran" rəhbərliyinin bu gün şansla işləməyə vaxtı yoxdu. Söhbət yubiley ilində çempionluqdan, əsas rəqib "Neftçi"nin hegemonluğuna son qoymaqdan gedirsə, bütün addımlar yüz ölçülüb bir biçilməlidi. Ancaq o dəqiqdi ki, işə baş məşqçi seçimindən başlamaq lazımdı. Həm də böyük hədəf üçün kiçik qurbanlar verməyə dəyər.
Ona görə "Xəzər" bu mövsüm hansısa uğura doğru yolu cırmaqlamaqdansa, gələn mövsüm üçün zirvəyə lağım atsa, daha yaxşı olar.

0
0