Adriano “Qalatasaray”a gəlmədi
02.03.2013 - 00:35
"Qalatasaray" qış fasiləsində Didye Droqba və Uesli Sneyder kimi ulduzları transfer edərək hücum xəttini xeyli gücləndirdi. Apasport.az saytının xəbərinə görə, müdafiədəki boşluqlar hələ də özünü büruzə verməkdədi. Belə bir vaxtda İspaniya mətbuatında yayılan xəbər azarkeşlərdə təəssüf hissi yaradıb.
Sən demə, "Cim-Bom" "Barselona"da çıxış edən sol cinah müdafiəçisi Adrianoyla ciddi şəkildə maraqlanır və onu transfer etmək istəyirmiş. Hətta İstanbul klubu katalonlara bu barədə təklif də göndərib. "Barselona" prezidentinin köməkçisi Xosep Maria Bartomeu da bu xəbəri təsdiq edib: "Qalatasaray", "Milan" və PSJ-dən təkliflər almışdıq. Amma Adrianonu satmaq fikrimiz yoxdu. Bizimlə 2014-cü ilədək müqaviləsi var. Biz onun sözləşməsini uzatmaq niyyətindəyik".
Xatırladaq ki, Adriano 2010-cu ildə 9,5 milyon avro qarşılığında "Sevilya"dan transfer edilib. Braziliyalı cari mövsüm çıxdığı 23 matça 6 dəfə fərqlənib.

0
0