Balotelli “Latsio”ya qarşı matçın “18-liy”inə daxil edilməyib
02.03.2013 - 01:17
“Milan”ın baş məşqçisi Massimiliano Alleqrini bu gün keçiriləcək İtaliya A seriyasının 27-ci turunda “Latsio” ilə qarşılaşmada Mario Balotellini sifariş ərizəsinə daxil etməyib. Apasport.az saytının məlumatına görə, buna gənc hücumçunun zədəli olması səbəb olub.
Balotelli ötən tur “İnter”lə keçirilən Milan derbisində rəqib qapıçı ilə toqquşmadan sonra ayağından ciddi zədə alıb. “Rossonyerlər”in çalışdırıcısı Alleqri isə onun zədəsinin sağalması prosesinin getdiyini, Marionun həftə ərzində məşq etmədiyini bildirib.
Qeyd edək ki, qış transfer pəncərəsində “Mançester Siti”dən “Milan”a keçən Balotelli 4 oyunda meydana çıxıb və 4 qola imza atıb.

- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
0
0