Gökhan İnlər “Napoli”ni məğlubiyyətdən xilas etdi
02.03.2013 - 03:10
İtaliya A seriyasında 27-ci turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə bir qarşılaşma baş tutub.
Çempionatın lider “Yuventus” səfərdə turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Napoli”nin qonağı olub. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə azarkeşlər 2 qola şahidlik edib.
Əvvəlcə “Qoca Sinyora” 10-cu dəqiqədə Kyellini ilə hesabı açıb. Lakin Turin təmsilçisi bu üstünlüyünü sona qədər qoruya bilməyib. Belə ki, 43-cü dəqiqədə türk əsilli isveçrəli futbolçu Gökhan İnlər neapolluları məğlubiyyətdən xilas edib - 1:1.
Qeyd edək ki, İtaliya A seriyasında 27-ci turun digər oyunları bu gün və sabah keçiriləcək.
İtaliya A Seriyası
27-ci tur
1 mart
“Napoli” - “Yuventus” - 1:1
İnlər, 43 - Kyellini, 10
2 mart
“Milan” - “Latsio”
3 mart
“Torino” - “Palermo”
“Bolonya” - “Kalyari”
“Katanya” - “İnter”
“Fiorentina” - “Kyevo”
“Peskara” - “Udineze”
“Sampdoriya” - “Parma”
“Syena” - “Atalanta”
“Roma” - “Cenoa”

0
0