Aleksandr Kuçer “Şaxtyor”un 1300-cü qolunu vurdu
02.03.2013 - 06:51
Aleksandr Kuçer “Şaxtyor”un 1300-cü qolunu vurdu
Ukrayna çempionatının 19-cu turunun açılış oyun günündə “Şaxtyor”la “Volın” üz-üzə gəlib. Apasport.az saytının məlumatına görə, bu qarşılaşma Donetsk təmsilçisi üçün əlamətdarlığı ilə yadda qalıb.

Belə ki, rəqibini 4:1 hesabı ilə məğlub edən “Şaxtyor” oyunda yubiley qola imza atıb. Matçın 14-cü dəqiqədə Aleksandr Kuçerin vurduğu top donetsklilərin Ukrayna çempionatında 1300-cü qolu olub.

Qeyd edək ki, “Şaxtyor”un ilk qolunu 7 mart 1992-ci il tarixində Sergey Rebrov rəqibin qapısından keçirib. “Metalluruq”la qarşılaşmanın 78-ci dəqiqəsində fərqlənən veteran futbolçu komandasını məğlubiyyətdən xilas etmişdir - 1:1.