Ufuk Budak “Qalatasaray”la oyunun hazırlıqlarına qatıldı
02.03.2013 - 10:29
“Əskişəhərspor” dünən son məşqini keçirib. Apasport.az saytının məlumatına görə, Əskişəhər klubunun “Qalatasaray”la baş tutacaq görüş üçün hazırlıqlarında Ufuk Budak da iştirak edib.
Təxminən 80 dəqiqə davam edən məşqdə uzun müddətdir komandadan ayrı çalışan milli komandamızın müdafiəçisi nəhayət kollektiv hazırlıqlara qoşulub. Ufukla yanaşı fərdi məşq etmiş “Əskişəhərspor”un digər azərbaycanəsilli futbolçusu Sərvət Çətin də artıq sıraya qoşulub.
Qeyd edək ki, “Əskişəhərspor” – “Qalatasaray” matçı bu gün baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.

- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
0
0