Slovakiya yığmasının heyəti açıqlandı
02.03.2013 - 11:15
Slovakiya yığmasının heyəti açıqlandı
Futzal üzrə yığma komandamızın Avropa çempionatının seçmə mərhələsində əsas rəqibi olan Slovakiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Yan Yanik biri legioner olmaqla 13 futzalçıya dəvət göndərib. Daha 3 futzalçı isə ehtiyat oyunçular siyahısındadır.

Mario Qaşparoviç, Martin Reyjek, Duşan Rafay, Peter Kozar, Ladislav Mikita, Qabriel Bartoşek, Peter Halko, Marek Bahna, Attila Fehervar, Voytex Varadı (hamısı “Slov-Matik”), Repa Dalibor (Akross Pinerola), Martin Dudaş (Tupperveyr), Qabriel Rik (“Tanqo”, Çexiya)

Ehtiyat oyunçular: Matuş Kıyovski, Peter Serbin (hər ikisi “Koşitse”), Tomaş Drahovski (Benaqo Jruç).

Qeyd edək ki, yığmamızın Slovakiya ilə oyunu seçmə qrupun son turunda baş tutacaq. Görüş martın 30-da keçiriləcək.