Millimizin rəqibi Monteneqro ilə bacarmadı
02.03.2013 - 12:50
Futzal üzrə milli komandamızın Avropa çempionatının seçmə mərhələsində rəqibi olan Bosniya və Herseqovina yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, bosniyalılar evdə qonşu Monteneqro yığmasını qəbul edib.
Çitluk şəhərciyinin idman sarayında baş tutan görüşdə qalib müəyyənləşməyib. Meydan sahibləri 2 dəfə Nermin Kahveciçin qolları ilə hesabda önə keçsə də, Monteneqro tarazlığı bərpa edib. Baş məşqçi Boro Matan rəqib önünə bu heyətlə çıxıb: Bahrudin Omerbeqoviç, Marin Şunyiç, İvan Matan, Niyaz Mulahmetoviç, Anel Radmiloviç, Kristiyan Pantiç, Drajen Novoselats, Tomislav Bevanda, Milenko Devuşiç, Mariyo Alaciç, Nermin Kahveciç, Stanislav Qaliç, Nemanya Miçeta, Haris Skuhan.
Qeyd edək ki, milli komandamız bosniyalılarla martın 28-də üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə 20:30-da başlayacaq.

0
0