“Rəvan” “Bakı” ilə oyunda ilk qələbəsini qazanmaq istəyir
02.03.2013 - 17:11
 “Rəvan” “Bakı” ilə oyunda ilk qələbəsini qazanmaq istəyir
Topaz Premyer Liqasının təsnifat mərhələsinin son turu sabah keçiriləcək. Apasport.az saytının məlumatına görə, "Rəvan” "Bakı”nın qonağı olacaq. “Uçan aslanlar” kubok matçı da daxil olmaqla son 3 görüşündə heç-heçələri sıraladığı rəqibi axır ki məğlub etmək istəyir.

Belə ki, komandalar arasında indiyə qədər ötən mövsümün kubok oyunu da daxil olmaqla 4 qarşılaşma keçirilib. Maraqlıdır ki, "Bakı” ilk dueldən qalib ayrılandan sonra bütün görüşlərdə "sülh” qeydə alınıb: 2 dəfə 0:0, 1 dəfə 1:1. Ancaq iş orasındadır ki, kubokda rəqib penalti seriyasında daha dəqiq oynayaraq 1/4 finala adlamışdı. Bir sözlə, “Rəvan” heç-heçə seriyasına son qoyub "Bakı”nı udmağı fikirləşir.

Ancaq bu matçın “zolaqlılar”ın ilk “altılığ”a düşməsi baxımından çox önəmli olduğunu fikirləşdikdə, “Rəvan”ın bu seriyaya son qoyacağı da çox çətin görünür...