Yunis Hüseynov: Hollandiyalını mən bəyənməmişdim
02.03.2013 - 18:55
“Xəzər Lənkəran”da işlədiyim vaxt bizə bir hollandiyalı futbolçu baxışa gəlmişdi. Bu, ötən yay komandam Avstriya toplanışında olan vaxt baş vermişdi”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov deyib.
Hollandiya mətbuatı “Volendam”ın hücumçusu Cek Tuypun ötən yay “Xəzər Lənkəran”a keçməyə çox yaxın olduğunu qeyd edib. Ancaq futbolçu niyə görəsə ölkəmizdə yox, Hollandiyanın aşağı dəstəsində top qovmağa qərar verib. Həmkarlarımızın bir qisminin iddiasına görə, həmin vaxt “Volendam” rəhbərliyi bombardir futbolçunu buraxmaq istəməyib. Digərləri isə bunu Tuypun ümumiyyətlə, uzaq Azərbaycana getmək istəməməsi ilə əlaqələndirib.
Bunun əsl səbəbini Yunis Hüseynovdan öyrənməyə çalışdıq. Onun cavabı belə oldu: “Bizdə bir hollandiyalı futbolçu baxışda olmuşdu. Onu da mən bəyənməmişdim. Ancaq ola bilər ki, siz dediyiniz hollandiyalı başqa futbolçudur. Ola bilsin ki, həmin futbolçu ilə danışıqlar müəyyən səbəblərdən baş tutmayıb. Danışıqları klubun nümayəndəsi kimi Səməd Musatafayev aparırdı. Yəqin ki o da bunun səbəbini daha yaxşı bilər”.
Səbuhi TOFİQOĞLU

0
0