Mahmud Qurbanov: “Kəpəz”i bu durumdan çıxarmalıyıq
02.03.2013 - 20:42
Mahmud Qurbanov: “Kəpəz”i bu durumdan çıxarmalıyıq
“Çempionatda sonuncu pillədəyik. Bu hamımızı üzür”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib. Gənc çalışdırıcı “Simurq”la oyun öncəsi klubun saytına açıqlama verib.

Gəncə təmsilçisinin düşərgəsindəki durum və qarşıdakı matç haqda danışan Qurbanov, komandasının uğursuzluq zolağına düşdüyünü bildirib: “Bilin ki, futbolçuların özləri də bu durumdan narahatdırlar. Onlarla bu haqda çox danışmışıq. İndi komandamız uğursuzluq zolağına düşüb. “Kəpəz”i bu durumdan çıxarmalıyıq. Məşqlərdə çox çalışırıq. Amma nəticə qazanmaq istəyimiz hələ alınmır. Amma ruhdan düşmürük. Qarşıdakı oyuna ciddi hazırlaşmışıq. Gərgin oyun olacaq. Səfərdə onlarla oyunumuz ağır keçib. “Simurq” çempionatın güclü klublarındandır. Zaqatala təmsilçisi kimi bizim də məqsədimiz xal qazanmaqdır”.