Stramaççoni ilə Kassano arasında dava düşüb
02.03.2013 - 21:05
İtaliya A seriyasının 27-ci turda “Katanya” ilə matçdan əvvəl “İnter”in düşərgəsində qalmaqal yaşanıb. Apasport.az saytının məlumatına görə, yerli qəzetlər iddia edir ki, Milan təmsilçisinin baş məşqçisi Andrea Stramaççoni ilə komandanın hücumçusu Antonio Kassano arasında dava düşüb.
Daha sonra gənc çalışdırıcı təcrübəli futbolçunu “Katanya” ilə qarşılaşmanın heyətindən çıxarıb. Stramaççoni isə Kassano ilə aralarında fiziki bir təmasın olduğu xəbərini təkzib edib: “Kassano sabah bizimlə birlikdə olmayacaq. Aramızda dava deyil, yalnız şifahi mübahisə olub. Bu A seriyasının hər komandasının paltardəyişmə otaqlarında ola biləcək bir vəziyyətdir. Bunun bizim içimizdən mətbuata sızması, açığı məni narahat etdi. Belə bir hadisənin neçə dəfə olub qəzetlərdə görünmədiyini kim biləcək”?
Qeyd edək ki, “Katanya” - “İnter” matçı sabah Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

0
0