Millimizin rəqibi Braziliyada otel axtarışlarına başlayıb
02.03.2013 - 21:40
Millimizin rəqibi Braziliyada otel axtarışlarına başlayıb
DÇ-2014-ün qrup mərhələsində Azərbaycan milli komandasının rəqibi Rusiya yığması hələ mundiala vəsiqəni təmin etməmiş Braziliyada otel və məşq bazası axtarışına başlayıb. Apasport.az saytının məlumatına görə, şimal qonşularımızın futbol federasiyasının nümayəndə heyəti turnirin keçiriləcəyi Cənubi Amerika təmsilçisinə baş çəkiblər.

Onlar Braziliyanın Rio Qrandi de Sul ştatında olublar.

Qeyd edək ki, Rusiya yığması 4 oyundan sonra 12 xal toplayaraq F qrupunun vahid lideridir. 7 xala malik olan İsraillə Portuqaliya 2-3-cü yerlərdə qərarlaşıb. 3 xalla Şimali İrlandiya 4-cü, 2 xalla Azərbaycan 5-ci, aktivində 1 xal olan Lüksemburq isə sonuncu pillədədir.