Yığmamızın futbolçusunun komandası liderlə heç-heçə etdi
02.03.2013 - 23:04
Türkiyə Superliqasında 24-cü turun digər oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci matç günündə üç qarşılaşma baş tutub.
“Orduspor” evində “Karabükspor”la üz-üzə gəlib. 5 qol vurulan bu matçda sevinən tərəf meydan sahibləri olub - 3:2.
“Elazığspor”da turu qələbə ilə başa vurub. Səfərdə “Akhisar BS” ilə qarşılaşan qonaqlar rəqibini minimal hesabla məğlub edib.
Günün maraqlı oyunu Əskişəhərdə baş tutub. Burada Azərbaycan millisinin futbolçusu Ufuk Budakın komandası “Əskişəhərspor” lider “Qalatasaray”ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda qapılara qol vurulmayıb - 0:0.
Qeyd edək ki, zədəli olduğu üçün bir müddət heyətdən uzaqda qalan və artıq məşqlərə başlayan Ufuk Budak “Qalatasaray”a qarşı matçda “18-liy”ə daxil edilməyib.
Türkiyə Super Liqası
24-cü tur
1 mart
“Gənclərbirliyi” – “İstanbul BB” - 0:0
2 mart
“Orduspor” – “Karabükspor” - 3:2
Kamdalı, 5; 54, Cinaz – Parlak, 42, Lualua, 45
“Akhisar BS” – “Elazığspor” - 0:1
Gürler, 48
“Əskişəhərspor” – “Qalatasaray” - 0:0
3 mart
“Antalyaspor” – “Qaziantepspor”
“Kayserispor” – “Mersin İdmanyurdu”
“Bursaspor” – “Sivasspor”
“Beşiktaş” – “Fənərbaxça”
4 mart
“Kasımpaşa” – “Trabzonspor”

0
0