Azərbaycanəsilli futbolçu yenidən zədələndi
03.03.2013 - 00:01
Azərbaycan millisinin futbolçusu Ufuk Budakın komandası “Əskişəhərspor”un heyətində növbəti itki baş verib. Apasport.az saytının məlumatına görə, Türkiyə Superliqasının 24-cü turunda evində “Qalatasaray”la (0:0) qarşılaşmada “Əskişəhərspor”un digər azərbaycanəsilli futbolçusu Sərvət Çətin yenidən zədələnərək sıradan çıxıb.
Bir müddətdir zədə üzündən komandasına kömək edə bilməyən təcrübəli müdafiəçi “Cim-Bom”a qarşı matçın ilk “11-liy”ində meydana çıxmışdır. Lakin Sərvət oyunun 34-cü dəqiqəsində zədələnərək meydanı tərk edib.
Qeyd edək ki, Çətinin zədəsinin ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
0
0