Messi həm di Stefanoya çatdı, həm də özünə məxsus rekordu yenilədi
03.03.2013 - 05:00
Messi həm di Stefanoya çatdı, həm də özünə məxsus rekordu yenilədi
İspaniya La Liqasının 26-cı turunda səfərdə “Real”a 2:1 hesabı ilə məğlub olan “Barselona”nın futbolçusu Lionel Messi üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu “Kral klubu”nun əfsanəvi futbolçusu Alfredo Di Stefanonun rekorduna şərik olub.

Belə ki, 25 yaşlı futbolçu “El Klassiko” tarixində 18-ci qolunu vuraraq, həmvətəni di Stefanonun rekorduna çatıb.

Qeyd edək ki, Alfredo 30 matçda, Messi isə 25 qarşılaşmada fərqlənib. Di Stefano ölkə çempionatında 14, Kral kuboku və avrokuboklarda 2 qol vurub. Lionel bu topların 11-ini La Liqada, 5-ini Super kubokda, 2-ni isə Çempionlar Liqasında “Real”ın qapısından keçirib.

Həmçinin Messi bu qarşılaşmada özünə məxsus rekordu da yeniləyib. O, La Liqada ard-arda meydana çıxdığı 16-cı oyununda fərqlənib.