FİFA dünya çempionatının vaxtını təxirə salmağa baxacaq
03.03.2013 - 10:00
Futbol üzrə dünya çempionatının keçirilmə vaxtının təxirə salınmağı gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, FİFA-nın baş katibi Jerom Valke 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının yaydan qışa keçirilməsinin mümkünlü ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, bu ölkədə yayda havaların çox isti keçməyi məsələnin ciddiliyindən xəbər verir: “Mən hesab edirəm ki, 2022-ci ildə keçiriləcək dünya çempionatının vaxtının təxirə salınmağının mümkünlüyünə baxmalıyıq. Biz tibbi testlər keçirməyə hazırlaşırıq. Bu, yay istisinin futbol oynamağa zərərli olmağını aşkara çıxarmaq üçündür”.
Qeyd edək ki, indiyədək dünya çempionatının final mərhələsi bir qayda olaraq yayda keçirilib.

0
0