Dərvənt Məlikovu “Boluspor”la matçın heyətinə daxil etmədi
03.03.2013 - 12:12
Dərvənt Məlikovu “Boluspor”la matçın heyətinə daxil etmədi
Türkiyənin “Dənizlispor” klubunun baş məşqçisi Səlahəttin Dərvənt azərbaycanlı futbolçu Rail Məlikovu I divizionun növbəti turunda “Boluspor”la bugünkü oyunu heyətə daxil etməyib. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis cəzası bitdikdən sonra sağlıq durumunda problem yaranan müdafiəçinin xidmətindən hələ də istifadə edə bilmir.

Belə ki, 3 oyunluq cəzasını bitirən Məlikov şiddətli qripə yoluxduğu üçün yatağa düşərək, məşqlərdən kənarda qalıb. Dərvənt onun yoxluğunda müdafiənin mərkəzində Əhmədlə Berkay Cana şans verəcək.