Ronaldoya Bakıya səfər öncəsi görünməmiş təklif
03.03.2013 - 14:20
Dünyanın ən bahalı futbolçusu Kriştianu Ronaldonun mövsümün sonunda “Real”dan gedəcəyi ilə bağlı söz-söhbətlər səngimir. Apasport.az saytının məlumatına görə, 28 yaşlı portuqlaiyalı hücumçu PSJ-nin görünməmiş rekord məbləğindən imtina edərək, “Mançester Yunayted”ə qayıtmaq təklifini gerçəkləşdirmək niyyətindədir.
Mançester təmsilçisinin baş məşqçisi Aleks Ferquytonun hələ ki bu varianta ehyitatla yanaşsa da, Çempionlar Liqasının 1/8 final mərhələsində komandasına qol vuran bombardirdən valeh olduğunu hər dəfə gizlətmir. İngiltərənin məşhur “Sun” qəzetinin yazdığına görə, mançesterlilər artıq Kriştianunun agenti ilə danışıqlar aparır. Onlar hücumçunun İngiltərəyə qayıtmağa hazır olmağından istifadə etməyi düşünürlər. “Real” da bu sövdələşməyə razılaşmağa məcburdur. Axı Ronaldo madridlilərlə müqaviləni uzatmaq fikrində deyil.
PSİ isə portuqaliyalıya həftədə 500 min funt sterlinq həftəlik məvacib olmaqla 5 illik müqavilə təklif edib. İngilislər indi Madriddə həftəyə 215 min avro alan Kriştianunu maaşını 250 min avroya qaldırmalqa onu məhz bu məbləği alan hücumçusu Ueyn Runi kimi dəyərləndirəcək.
“Mançester Yunayted” Ronaldoya görə “Real”a 60 milyon funt sterlinq, üstəlik futbolçularından biri – digər portuqaliyalı oyunçu Nanini verməyə hazırdır. Sövdələşməni “Mançester Yunayted” və Ronaldunun tərəfdaşı olan “Nike” firması da dəstəkləyir.
Qeyd edək ki, Kriştianu 2009-cu ilin yayından Mançesterdən Madridə 100 milyon avroya yaxın məbləğə keçməklə, dünyanın ən bahalı futbolçusu olub. Onun kapitanı olduğu yığma bu ayın 26-da millimizlə Bakıda rəsmi oyuna çıxacaq.

0
0