İlk dəfə “Xəzər Lənkəran”sız
03.03.2013 - 17:10
İlk dəfə “Xəzər Lənkəran”sız
Topaz Premyer Liqasının final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2009-cu ildən keçirilən “altılıq” iştirakçıları arasında ilk dəfə “Xəzər Lənkəran”ı görə bilməyəcəyik. Belə ki, ardıcıl 4-cü il keçirilən bu formatda lənkəranlılara indi yer tapılmayıb.

Halbuki cənublular bunadək “altılığ”a rahat düşərək, mükafatçılardan biri də olurdu. Düzdür, 2010-cu ildə 4-cü olan “Xəzər Lənkəran” sonrakı 2 ildə gümüş medala yiyələnmişdi. İndi isə demək olar ki, Lənkəran təmsilçisi çempionatı mükafatsız başa vuracağı artıq dəqiqləşib. İkinci “altılıq”da mübarizə aparacaq cənubluların hər halda, avrokuboklara çıxmaq şansı qalır. Bu, ölkə kubokdandır ki, orada ilk oyunda səfərdə “Rəvan”a 2:1 hesabı ilə lənkəranlılar yarımfinala çıxmaq vəsifəsini demək olar yerinə yetirib.

“Altılığ”a son vəsiqəni qazanan “Bakı” isə ardıcıl 4-cü dəfə orada oynayacaq. Baklılılar 2010-cu ildə çempionatın gümüş medalını qazansa da, sonrakı 2 yarışda hazırda qərarlaşdığı 6-cı olub.