“Neftçi” təsnifat mərhələsinin qalibi oldu
03.03.2013 - 17:22
“Neftçi” təsnifat mərhələsinin qalibi oldu
“Neftçi” Topaz Premyer Liqasının təsnifat mərhələsinin qalibi olub. Apasport.az saytının məlumatına görə, bakılılar buna sonuncu – XXII turun mərkəzi oyunu olan “Qarabağ” – “İnter” matçının nəticəsini gözləmədən nail olub. Çünki “Neftçi” ən yaxın izləyicilərini qabaqladığından, “Turan”ı qalib gəlməyi bu mərhələnin vahid lideri kimi baş vuracağı demək idi. Buna səfərdə 3:2 hesablı qələbə ilə nail olan komanda final mərhələsinə 22 oyunda 44 xal qazanmaqla daxil olub.

Bunadək isə “İnter” belə mərhələlərdə fərqlənirdi. Düzdür, “bankirlər” ilk dövrəni “Simurq”la birgə şərikli lider kimi başa vurdu və topların daha yaxşı fərqinə görə 1-ci oldu. “İnter” qış çempionluğunu isə vahid lider kimi qazandı. Komanda ötən turda “Neftçi”yə uduzaraq, liderliyini ona təhvil verməli oldu.