Böyükağa Hacıyev: Qarşıma qoyulan tələbi yerinə yetirdik
03.03.2013 - 18:22
Böyükağa Hacıyev: Qarşıma qoyulan tələbi yerinə yetirdik
“İlk hissədə oyunçularımız özünə çox arxayın idilər. Fasilədə onlarla danışdım, ikinci hissədə daha yaxşı oynadılar. Əsas heyətdən bir neçə futbolçunun olmaması da oyunumza təsir etdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib. Onun yetirmələri Topaz Premyer Liqasının XXII turunda bu gün “Turan”a səfərdə 3:2 hesabı ilə qlaib gələrək, təsnifat mərhələsinin qalibi olub.

Hacıyev qısa müddətə əvəzedici heyətə göndərərək, əsas komandaya qaytardığı, qələbə topunun müəllifi olan Cavid İmamverdiyevdən razı qalıb: “Mirhüseyn Seyidovdan fərqli Emin Mehdiyevin oyunu xoşuma gəlmədi, onu Cavid İmamverdiyevlə əvəzlədim. Cavid də oyunda özünü pis göstərmədi. “Turan” qapımıza iki dəfə yaxınlaşdı və hər ikisində qol vurdu. Qarşıma 5 oyundan 15 xal yığmaq tələbi qoyulmuşdu, bunu yerinə yetirdik. Qarşıda kubok oyunu, ardından isə “Bakı” ilə oyunumuz olacaq. Qrafikin çox sıx olduğuna baxmayaraq, bütün oyunlarda qalib gələcəyik”.