Bojidar Bandoviç: Mən tərəfdən onlar üzərində təzyiq vardı
03.03.2013 - 19:11
Bojidar Bandoviç: Mən tərəfdən onlar üzərində təzyiq vardı
“Çempionatın başlanğıcında mühüm xallar itirdik. “Altılığ”a düşmək çox çətin oldu. Lakin buna layiq idik və ilk “altılıq”dayıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç deyib. Topaz Premyer Liqasındfa “altılığ”a düşmək vəsifəni son turda “Rəvan”ı evdə 2:1 hesabı ilə yenməklə qazanan bakılılar yenə də mükafatlar uğrunda mübarizə aparmaq imkanı qazanıb:

Bandoviç qarşıya qoyulan ilk məqsədə nail olduqlıarına görə komandasını təbrik edib: “Mən tərəfdən onların üzərində təzyiq var idi. Çox vacib oyunda hesabda geri düşsək də, əzmkarlıq göstərərək, qələbə qazana bildik. Oyundan xoşum gəlmədi, temp çox aşağı idi. İkinci hissədə daha yaxşı oynadıq, qələbə layiq idik”.