Topaz Premyer Liqasında qeyri-adi tur
04.03.2013 - 12:21
Topaz Premyer Liqasının təsnifat mərhələsinin son turu qeyri-adi hadisə ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, dünən keçirilən 6 oyundan 5-də qol vurulub.
Bu 5 qarşılaşmanın 4-də isə qələbəsi daha az güman edilən komandalar hesabı açıb. Günün erkən qarşılaşmasında “Kəpəz” uzun müddətdən sonra ilk xalını qazanıb. 9 turdan sonra 1 xalın qazanılmasında Şahin Kərimovun özəl payı olub. Qış fasiləsində heyətdən çıxarılan, sonra geri qaytarılan “Kəpəz”in vitse-kapitanı 11-ci dəqiqədə hesabı açsa da, sonradan “Simurq”un xorvatiyalı yarımmüdafiəçisi Mario Bojiç sensasiyaya imkan verməyib.
Biləcəri qəsəbəsində keçirilən həlledici “Bakı” – “Rəvan” görüşündə də gözlənilmədən qonaqlar hesabı açıb. “Uçan aslanlar” 12-ci dəqiqədə Şəhriyar Rəhimovun mükəmməl zərbəsindən sonra hesabı açsa da, rumıniyalı hücumçu Marius Penanın dublu “Bakı”nın ilk “altılığ”a vəsiqə qazanmasına səbəb olub.
Lənkəranda az əhəmiyyət daşımayan “Xəzər Lənkəran” – “Sumqayıt” qarşılaşması da nəticəsinə görə sensasiya sayılmalıdır. İlk dəfə “kimyaçılar” qarşısında xal itirən cənublular erkən qola üzülüb. 4-cü dəqiqədə “Sumqayıt”ın yeni transferi Mirzağa Hüseynpur gözlənilmədən hesabı açıb.
Şüvəlan qəsəbəsində baş tutan AZAL – “Qəbələ” görüşündə 7 qol vurulub. İlk “altılığ”a vəsiqəni bir tur öncədən təmin etmiş olan “qırmızı-qaralar” 1:6 hesabı ilə məğlub olsa da, hesabı ilk açan tərəf olub. “Qəbələ”nin seneqallı hücumçusu Mustafa Dabo 14-cü dəqiqədə yeni komandasında ilk qolunu vursa da, bundan sonra AZAL qolları sıralamağa başlayıb.

0
0